Polşa Ukrayna ilə ən böyük silah müqaviləsini bağladı

saytların hazırlanması

Evə çatdırılma

Polşa Ukrayna ilə ən böyük silah müqaviləsini bağladı

Dünya

08 İyun 2022 11:50 854


Polşa Baş naziri Mateuş Moravietski iyunun 7-də ölkəsinin Ukrayna ilə son 30 ildə ən böyük silah müqaviləsini bağladığını bəyan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Stalova Volyadakı “Huta Stalowa Wola” (HSW) silah zavodunda çıxışı zamanı deyib:

O əlavə edib ki, müqavilə Ukraynaya 650 milyon avro dəyərində 50-dən çox haubitsa tədarükünü nəzərdə tutur. pizza

Moravietski dəqiqləşdirib ki, Ukrayna Polşa silahlarının dəyərinin yalnız bir hissəsini ödəyəcək, qalan hissəsini isə Avropa İttifaqı öz üzərinə götürəcək.

Qərb KİV-ləri xatırladır ki, Polşa artıq Ukraynaya 250-yə yaxın “T-72” tankı, “Qrad” raket kompleksləri və özüyeriyən haubitsalar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!