Prezident Əliyev israilli naziri videokonfrans formatında qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev israilli naziri videokonfrans formatında qəbul etdi

Siyasət

11 Sentyabr 2023 11:10 289


Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb. pizza hut

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinlənləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!