Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik etdi

Siyasət

28 İyun 2021 20:23 707


İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.

Dövlətimizin başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. pizza

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!