Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı mühüm   FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı mühüm FƏRMAN

Siyasət

15 Sentyabr 2023 18:16 661


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılaraq 980 700 000 manat olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Qeyd edək ki, fondun öncəki nizamnamə kapitalı 893 000 000 həddində idi. pizza hut

Fərmanın icrası 2023-cü ilin dövlət büdcəsindən fonda ayrılan 87 700 000 manat hesabına təmin ediləcək. Maliyyələşmə Maliyyə Nazirliyinə həvalə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!