Prezidentin ölüm xəbəri ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin ölüm xəbəri ilə bağlı açıqlama

Siyasət

21 İyul 2019 17:43 6620


"Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat etməsi barədə xəbər tamamilə yalandır". Bu barədə Türkmənistanın Moskvadakı səfirliyinin TASS-a verdiyi açıqlamada bildiirlirb.

“Yeni Sabah” bildirir ki, Berdımuhəmmədovun vəfat etdiyi barədə xəbəri politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər. Sezar pizza

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

O da bildirilir ki, prezidenti Almaniyada müalicə alan anası Oğulabadın səhhəti pisləşib və ondan ötrü Türkiyənin məşhur anastezioloqu Almaniyaya uçub.

Prezidentin özü isə məzuniyyətdədir və 10 gündür harada olduğu bilinmir. Ancaq onun adından müxtəlif qurumlara ünvanlanan təbrik məktubları oxunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!