Rusiya prezidenti Vladimir Putin ötən gün azərbaycanlı vəzifədaşı İlham Əliyevlə nəqliyyat sisteminin inkişafını müzakirə etdiyini bildirib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında danışıb.
Rusiya dövlət başçısı qeyd edib: “Dünən mən Azərbaycan Prezidenti İlham Əliyevlə planlarımızdan, o cümlədən dəmir yolu şəbəkəsinin inkişafı və avtomobil yollarının inkişafı ilə bağlı ətraflı danışdıq. Bütün bunların təkcə regional deyil, həm də sözün əsl mənasında beynəlxalq əhəmiyyəti var”. Dominos pizza
Telegram kanalımız