Prokuror “Kanal 11”in direktoruna 9 il cəza istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror “Kanal 11”in direktoruna 9 il cəza istədi

Kriminal

23 Dekabr 2024 13:05 621


“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. pizza hut

O, İstək Totiyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

Növbəti proses dekabrın 28-də davam edəcək.

Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.

İstək Totiyevanın barəsində cinayət işi başlanılıb, başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!