Prokuror “Məhsul“ stadionunun vəzifəli şəxslərinə iş istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror “Məhsul“ stadionunun vəzifəli şəxslərinə iş istədi

Kriminal

27 May 2024 15:51 837


“Məhsul” stadionunun Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və stadionun – “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin - Nadir Əliyev və Alik Həsənovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onların vəkilləri çıxış üçün vaxt istəyib. pizza

Məhkəmənin növbəti prosesi iyunun 3-nə təyin edilib.

Təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!