Prokurorluq Bakıdakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Bakıdakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Kriminal

05 May 2024 17:41 1187


Bakıda baş verən qətllə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məumat yayıb.

Bildirilib ki, mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!