Prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı

Kriminal

26 Mart 2024 17:34 919


Biləsuvarda qadının qətlə yetirilməsi faktına görə cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sözügedən rayonda 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!