Girov götürülən əsgərimiz nə vaxt qaytarılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Girov götürülən əsgərimiz nə vaxt qaytarılacaq?

Siyasət

30 Avqust 2021 16:19 1778


Bu gün erməni separatçılarının Ağdərədə əsir götürdüyü Azərbaycan əsgəri Cəmil Babayev haqqında həbs qətimkan qərarı çıxarılıb. Bu barədə məlumat yayan  qondarma İstintaq Komitəsi cinayət işinin istintaqının davam etdiyini bildirib.

Rəsmi Bakı Azərbaycan əsgərinin girovluqda saxlanılmasına nə qədər dözəcək? Onu ermənilərin əlindən almaq üçün təzyiq alətləri varmı?

Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən hərbi ekspert Ramil Məmmədli söyləyib ki, Ermənistan və erməni separatçıları bu vəziyyətdən sanki bir üstünlük əldə etmək məqsədilə istifadə etməyə çalışırlar: pizza

“Həmin ərazilər Azərbaycan ərazisi, orada yaşayan ermənilər etnik ermənilərdir, bu, üçtərəfli sazişdə də öz təsdiqini tapıb, sonrakı danışıqlarda da məhz həmin  məqam xüsusi qeyd olunub. Erməni tərəfi həmin əsgərin psixi pozğunluğunu, ümumiyyətlə, səhhətindəki vəziyyəti nəzərə alaraq onu normal qaydada Azərbaycan tərəfə qaytarmalı idi. Biz də eyni halda bunu edərdik. Lakin Ermənistan və erməni separatçıları bu vəziyyətdən özləri üçün üstünlük əldə etmək məqsədilə istifadə etməyə çalışır və Azərbaycan dövlətinə təzyiq edirlər”.

Ramil Məmədli diqqətə çatdırıb ki, ermənilərin sərhəd bölgəsində etdikləri təxribatların qarşılığı olaraq Azərbaycan Gorus-Qafan yolunda müəyyən tədbirlər həyata keçirmək məcburiyyətində qalıb və bu tədbirlərin miqyası genişlənə bilər:

“Ermənistan, həmçinin Vitali Balasanyan, Araik Arutyunyan və onlar kimi digər cinayətkarlar anlamalıdırlar ki, azərbaycanlılar üzərindən Azərbaycana qarşı hansısa təzyiq həyata keçirə bilməzlər.  Yəqin ki, artıq Azərbaycan dövləti Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə müəyyən sorğular göndərib. Qurumlar Ermənistanın aidiyyəti təşkilatları vasitəsilə danışıqlar aparır və həmin şəxsin geri qaytarılmasına nail olacaq. Bilirsiniz, ermənilər bunu Azərbaycanın hansı addımına qarşı həyata keçirib? 90-cı illərin əvvəllərində Xocalıda, Malıbəylidə, Kərkicahanda, Şuşada və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı hərbi cinayət törəmiş və bu yaxınlarda Bakıda məhkəməsi yekunlaşan cinayətkar ermənilərin məhkəmə prosesinə cavab olaraq edirlər”.

Ekspertin sözlərinə görə, hazırda gözlənilən odur ki, əsgərimizlə bağlı Ermənistan tərəfi uzun-uzadı bir oyun oynayacaq, məhkəmə prosesi keçiriləcək:

“Həmin şəxsi casus olaraq və yaxud da hansısa başqa məqsədlə ittiham edəcəklər, ola bilsin ki, müəyyən iş də versinlər, amma bu, qanunsuzdur, çünki Azərbaycan ərazisində ermənilərin heç bir dövlət quruluşu yoxdur. Əsgərimizin orada saxlanılmasının cinayət tərkibi var, çünki həmin əsgər nə Azərbaycan ordusunun kəşfiyyatçısı, nə casusudur, o, Azərbaycan Silahlı Qüvvələrinin hərbi hospitalında müəyyən psixoloji xəstəlikdən müalicə alırdı, Müdafiə Nazirliyi də bununla bağlı açıqlama yayıb. Səhhətində ciddi problemlər olan bir şəxsin üzərindən siyasi oyun oynamaq isə əxlaqsızlıqdır. Bu əxlaqsızlıq ermənilərin, onların liderlərinin, siyasi rəhbərlərinin boyuna ölçülüb, xarakterinə hopub”.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!