900-dən çox insan Qəzza zolağından təxliyə tələbi ilə Rusiyaya müraciət edib.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“900 nəfər bizə Qəzzadan çıxarılma xahişi ilə müraciət edib ki, onlardan 639-u Rusiya vətəndaşı, daha 271 nəfər isə onların qohumudur”, - deyə Putin hökumət üzvləri ilə görüşündə deyib. pizza hut
Bu günə kimi 484 Rusiya Federasiyası vətəndaşı, o cümlədən digər dövlətlərin vətəndaşlığı olan 87 qohumu Rəfah keçid məntəqəsindən keçib. Rusiya Fövqəladə Hallar Nazirliyinin 6 reysi ilə artıq 553 nəfər, o cümlədən 259 uşaq Domodedovo hava limanına çatdırılıb.
Telegram kanalımız