"ABŞ-ın Ukraynaya HIMARS raket sistemləri vermək qərarı qüvvələr balansında heç nəyi kökündən dəyişməyəcək".
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Moskva. Kreml. Putin” verilişinə müsahibəsində o deyib: Pepperoni pizza
"Söhbət sadəcə olaraq döyüş əməliyyatları zamanı itirilmiş silah ehtiyatlarının doldurulmasından gedir".
Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır:
“Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq düz 45-70 km uçan raketlərdir. Bax, eyni şey “Qradlar”, “Qasırğalar”, “Tornadolar”da da mövcuddur. Onların da 40-70 km uçuş məsafəsi var. Yeni heç nə yoxdur”.
Telegram kanalımız