Putin Əliyevə zəng vurdu - Nədən danışdılar?

saytların hazırlanması

Evə çatdırılma

Putin Əliyevə zəng vurdu - Nədən danışdılar?

Siyasət

24 Dekabr 2023 12:57 491


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki, Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Sezar pizza

Telefon söhbəti zamanı ikitərəfli dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!