Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin əvvəlində Türkiyəyə səfərinin mümkünlüyünü istisna etməyib.
Yenisabah.az xəbər verir ki, o, mətbuat konfransında deyib:
"Razıyıq. Ola bilsin ki, gələn ilin əvvəlində Türkiyə səfər həyata keçirilsin". Pepperoni pizza
Rusiya prezidenti qeyd edib ki, Ərdoğanla görüşə hazırdır:
"Düşünürəm ki, onunla görüşə biləcəyik. Həqiqətən də planlaşdırıram. Bu yaxınlarda planlaşdırmışdım, lakin prezident Ərdoğanın cədvəlinə uyğun olmadı. Baxmayaraq ki, Türkiyəyə uçmağa hazır idim".
Putin bəyan edib ki, Ərdoğan Qəzza zolağında münaqişənin həlli prosesində aparıcı rol oynayır.
"Türkiyə prezidenti Ərdoğanın Qəzzada vəziyyətin bərpası məsələsində mühüm aparıcı rolunu qeyd etmək istərdim. O, təbii ki, bu faciəyə diqqət yetirən beynəlxalq ictimaiyyətin liderlərindən biridir və bunun təmin edilməsi üçün hər şeyi edir”.
Onun sözlərinə görə, Ərdoğan bu istiqamətdə çox fəaldır: “Allah ona rəhmət eləsin, çünki baş verənlər təbii ki, fəlakətdir”.
"BMT-nin baş katibi bugünkü Qəzzanı dünyanın ən böyük uşaq qəbiristanlığı adlandırıb. Bu qiymətləndirmə çox şey deyir", - Putin deyib.
XRONİKA 09 noyabr – 14 dekabr 2023-cü il
Telegram kanalımız