"Rusiya ilə Türkmənistan arasındakı münasibətlər mahiyyətcə strateji xarakter daşıyır".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə türkmən vəzifədaşı Serdar Berdıməhəmmədovla görüşündə deyib.
"Biz bütün istiqamətlərdə əlaqələri inkişaf etdiririk və qeyd etmək çox xoşdur ki, onlar, həqiqətən, formal deyil, əslində stratejidir". Dominos pizza
Putinin sözlərinə görə, Türkmənistanın yeni prezidentinin xarici səfər üçün ilk ölkə kimi Rusiyanı seçməsi dövlətlər arasında münasibətlərin xüsusi xarakterindən xəbər verir.
“Sizi görməyə çox şadam, Rusiyaya xoş gəlmisiniz. Biz çox şadıq ki, ilk dövlət xarici səfərinizi ölkəmizə edirsiniz. Bu, münasibətlərimizin xüsusi xarakterini bir daha vurğulayır”, - deyə Putin görüşün əvvəlində bildirib.
Rusiya Federasiyasının prezidenti Berdiməhəmmədovun Türkmənistana dəvətindən yararlanacağını qeyd edib.
Qeyd edək ki, görüşün yekunlarına əsasən, Rusiya ilə Türkmənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair bəyannamənin imzalanması planlaşdırılır.
Telegram kanalımız