Putin Lukaşenkoya polkovnik rütbəsi söz verdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Lukaşenkoya polkovnik rütbəsi söz verdi

Dünya

12 Aprel 2022 17:45 1367


Rusiya prezidenti Vladimir Putin Belarus rəhbəri Aleksandr Lukaşenkoya polkovnik rütbəsi verəcəyini vəd edib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Belarus lideri bundan mənun qalıb.

"Mən də polkovnik olsaydım, yaxşı olardı. Həqiqət budur ki, Putin mənə söz vermişdi, amma hələ də verməyib ", - deyə Lukaşenko danışıqlardan sonra keçirilən mətbuat konfransında gülərək deyib. Toyuqlu pizza

Putin cavabında bildirib: “Əgər söz vermişəmsə, yerinə yetirəcəyəm”.

Rusiya prezidenti əlavə edibki, Belarus rəhbərinə başqa dövlətin titulları çox lazım deyil:

"Aleksandr Qriqoryeviçin başqa dövlətin başçısının ona titullar verməsi lazım deyil. Onsuz da özü böyük rəisdir".

Putin bildirib ki, özünün general rütbəsi yoxdur, amma xalqa sədaqətlə xidmət edir və hərbi rütbələr ilk növbədə hərbçilərə lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!