“Putin manyaklaşıb, dünyadan qisas alır”.
Yenisabah.az UNİAN-a istinadla bildirir ki, bu sözləri Ukraynanın Birinci xanımı Yelena Zelenskaya bildirib.
O, Çexiyanın həftəlik “Respekt ” qəzetinə müsahibəsində işğalçıların Ukraynadakı vəhşiliklərindən danışıb. pizza sifarişi
Y. Zelenskaya rus hərbçilərin ukraynalılara qarşı qeyri-insani rəftarını onların Rusiyada eyni rəftarla üzləşməsi ilə əlaqələndirib.
Birinci xanımın sözlərinə görə, Putin hakimiyyətə gəldikdən sonra özünü taleyin hökmdarı hesab edir:
"İndi bütün dünya rusların bu cür qeyri-insaniliyinin səbəbini anlamağa çalışır. Mənim fərziyyəm, ilk növbədə, Rusiya hökumətinin tabeliyində olanları alçaltması və güclülərin cəzasızlığıdır. Putin manyaklaşır, dünyadan qisas alır”.
Telegram kanalımız