Putin “oxşar”ının sualını cavablandırdı

saytların hazırlanması

Evə çatdırılma

Putin “oxşar”ının sualını cavablandırdı

Dünya

14 Dekabr 2023 17:03 918


Rusiya prezidenti Vladimir Putinin dublyorları yoxdur və onların meydana çıxmasını istəmir.

Yenisabah.az xəbər verir ki, o bunu canlı yayımı zamanı süni intellekt sahəsindən gələn təhdidlərlə bağlı sualı cavablandırarkən deyib.

Dövlət başçısına sualı “Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi” öz yerinə Putinin adından verib. Yəni videoda süni intellektdən istifadə etməklə yaradılan personajın xarici görünüşü, səsi və üz ifadələri Rusiya prezidentininki ilə eyni olub. Pepperoni pizza

Putin süni intellektlə bağlı sualı cavablandırmazdan əvvəl qeyd edib: “Yeri gəlmişkən, bu mənim ilk oxşarımdır. Görürəm ki, sən mənim kimi olub mənim səsimlə danışa bilərsən. Fikirləşdim və qərara gəldim ki, yalnız bir nəfər mənim kimi olmalı və mənim səsimlə danışmalıdır. O adam da özüm olacam" , - prezident oxşarına bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!