Putin Paşinyana zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Paşinyana zəng etdi

Dünya

01 İyun 2022 12:00 804


Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyana zəng ediblər.

Yenisabah.az xəbər verir ki, onlar Paşinyanı ad günü münasibətilə təbrik ediblər.

Putin telefon danışığı zamanı Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətin davam edəcəyinə əminliyini vurğulayıb. Dördpendirli pizza

Mixail Mişustin isə deyib ki, hər iki ölkənin hökumətləri ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiyaların artırılması, o cümlədən enerji, sənaye, nəqliyyat infrastrukturu, elm, mədəniyyət və s. sahələrdə iri birgə layihələrin təşviqi istiqamətində fəal işləyirlər.

Qeyd edək ki, Paşinyan 1975-ci il iyunun 1-də Tavuş vilayətinin İcevan şəhərində anadan olub. 2018-ci il mayın 8-də Ermənistanın baş naziri seçilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!