Putin Paşinyanla Qarabağı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Paşinyanla Qarabağı müzakirə etdi

Siyasət

22 İyul 2021 20:26 1201


Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefonla danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Dominos pizza

Söhbət zamanı iqtisadiyyat və ticarət, enerji və humanitar eləcə də digər sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri müzakirə olunub.

Həmçinin, Qarabağ ətrafında vəziyyət barədə də fikir mübadiləsi aparılıb. O cümlədən, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələlərinə də toxunulub.

Telefon danışığı zamanı müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi razılaşdırılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!