Putin Qarabağdan danışanda “bitdi” demişdi: Bəs, rus diplomat niyə yaxasını cırır?

saytların hazırlanması

Evə çatdırılma

Putin Qarabağdan danışanda “bitdi” demişdi: Bəs, rus diplomat niyə yaxasını cırır?

Siyasət

09 Oktyabr 2023 19:45 1069


Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzinin RBK televiziya kanalına müsahibəsində “Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq” açıqlamasını cavabsız qoymaq olmaz. 

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabında yazıb. 

“Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Qaluzinin bu sözlərinə cavab verilməlidir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin davam etməsinə ehtiyac qalmayıb. Məsələ burasındadır ki, sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil, Kreml bu yolla yenə nəbzimizi yoxlayır. Deməli, Kremlin Qaluzin vasitəsilə bizə göndərdiyi mesaj cavabsız qalmamalıdır. Cavab mesajında Rusiya Prezidenti Vladimir Putinin bugünlərdə “Valday” konfransında Qarabağla bağlı dediyi “məsələ bitdi” fikri də xatırladılmalıdır”, - deyə politoloq qeyd edib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!