Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o, Kremldə keçirilən mərasim zamanı Ukraynakı müharibəsinin iştirakçılarından birinə deyib. Marqarita pizza
Rusiya prezidenti yeni müddətə namizəd olmaq planları barədə danışıb.
BUndan əvvəl mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti yalnız zəruri hesab etdiyi zaman prezidentliyə namizədliyinə dair qərarını açıqlayacaq. "O, xalqın dəstəyinə arxalanır".
Bir gün əvvəl Federasiya Şurası Rusiya Federasiyasında prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.
VTsİOM-un (Rusiya İctimai Rəyin Öyrənilməsinə dair Mərkəz) son sorğusunun nəticələrinə görə, rusiyalıların 78,5%-i Rusiya prezidenti Vladimir Putinə güvənir, 75,8%-i onun fəaliyyətini bəyənur.
Telegram kanalımız