Rusiya prezidenti Vladimir Putin Tacikistana işgüzar səfər edib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, o, ölkənin lideri Emoməli Rəhmonla danışıqlar aparacaq.
Bundan əvvəl prezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi, hərbi, hərbi-texniki, mədəni, humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər. pizza
Tacikistandan Putin “Xəzər beşliyi” sammitində iştirak etmək üçün Aşqabada gedəcək.
Qeyd edək ki, bu, Ukraynada müharibə başlayandan V. Putinin ilk xarici səfəridir.
Telegram kanalımız