Putin və Əliyev Vardanyanı müzakirə etməyiblər - Peskov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin və Əliyev Vardanyanı müzakirə etməyiblər - Peskov açıqladı

Siyasət

13 Oktyabr 2023 17:02 290


"Netanyahu ilə söhbət hələ Putinin planlarında deyil"

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 

"İsrail və Fələstində ölən və yaralanan ruslar barədə dəqiq məlumat yoxdur, Xarici İşlər Nazirliyi onu əldə etməyə çalışır. Putin və Orbanın Çində görüşü hələ planlaşdırılmayıb. Rusiya prezidentinin İraqa səfəri gözlənilir. Moldova MDB-də “nominal üzvlük” yolu ilə gedir. De-yure, Ukrayna MDB-nin üzvüdür və birlikdən çıxmayıb", - o bildirib.  Dördpendirli pizza

"Putin və Əliyev görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyib", sözçü qeyd edib. 

Peskov Ermənistan və Azərbaycanın nizamlanmanın müzakirəsi üçün platforma kimi Rusiya Federasiyasını seçməsini məntiqli adlandırıb: "Paşinyanın MDB-nin Bişkek sammitinə gəlməməsinə baxmayaraq, Rusiya Federasiyası Ermənistanla dialoqunu davam etdirir. Heç bir ölkə Ermənistan iqtisadiyyatının artım tempi ilə müqayisə oluna bilməz, bu, MDB-yə inteqrasiyanın nəticəsidir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!