Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vladimir Putinlə telefon danışığı zamanı "Crocus City Hall"da törədilən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Hər iki tərəf antiterror əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyib. Toyuqlu pizza
Xatırladaq ki, Cümə günü "Crocus City Hall"da konsert başlamazdan əvvəl kamuflyaj geyimli naməlum şəxslər binaya girərək atəş açmağa başlayıblar. Terror aktı nəticəsində son məlumatlara görə, 115 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Terror aktında iştirak edən 11 nəfər, o cümlədən 4 birbaşa icraçı saxlanılıb.
Telegram kanalımız