Putin-Zelenski görüşü - Lavrov şərh etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin-Zelenski görüşü - Lavrov şərh etdi

Dünya

08 İyun 2022 14:17 1075


"Əvvəla, Rusiya və Ukrayna danışıqlar qruplarının işini bərpa etmək lazımdır və bu kontekstdə top Kiyevin tərəfindədir".

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və Volodimir Zelenski ilə görüş perspektivlərini şərh edərkən bildirib. 

“Zelenski görüş xatirinə görüş istəyir. Biz bu mövqedən çıxış edirik ki, əvvəlcə danışıqlar aparan komandalar işi bərpa etməlidirlər – top az qala iki aya yaxındır ki, ukraynalıların tərəfindədir”, - deyə Lavrov qeyd edib. Pepperoni pizza

Nazir, həmçinin əlavə edib ki, Rusiya tərəfinin saziş layihələrinin növbəti variantı ilə bağlı baxışı aprelin ortalarında Kiyevə ötürülüb.

"O vaxtdan bəri bizə heç bir cavab verilməyib", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!