Putindən Navalnının ölümünə İLK REAKSİYA: “Heç nə etmək olmaz“

saytların hazırlanması

Evə çatdırılma

Putindən Navalnının ölümünə İLK REAKSİYA: “Heç nə etmək olmaz“

Dünya

18 Mart 2024 08:51 623


Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnının koloniyada ölməsinə ilk dəfə münasibət bildirib.

Bu barədə MK məlumat yayıb.

"Azadlıqdan məhrumetmə yerlərində olan insanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Həyat belədir, heç nə etmək olmaz", - Putin qeyd edib. Dominos pizza

Rusiya lideri deyib ki, Navalnının ölümündən bir neçə gün əvvəl ona siyasətçinin Qərb ölkələrindən birində həbs həyatı yaşayan "bəzi adamlarla" dəyişdirilməsi ideyasını çatdırıblar.

"Mənimlə danışan adam hələ cümləsini bitirməmiş "razıyam" dedim. Yalnız bir şərtim oldu ki, Navalnı bir daha Rusiyaya qayıtmasın. Amma təəssüf ki, Navalnının ölümü bu planın gerçəkləşməsinə imkan vermədi", – Putin əlavə edib.

O, həmçinin ABŞ-da buna bənzər halların olub-olmaması ilə maraqlandığını söyləyib.

"Dəfələrlə olub", - Rusiya lideri vurğulayıb.//Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!