Putindən Qarabağ açıqlaması: “Hər şeyi edəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

Putindən Qarabağ açıqlaması: “Hər şeyi edəcəyik”

Siyasət

05 İyul 2021 14:18 4128


“Heç kəs Dağlıq Qarabağda böhranın daha da böyüməsində maraqlı deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin onlayn brifinq zamanı deyib.

“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil” – Rusiya lideri deyib. pizza hut

Onun sözlərinə görə, hələ də infrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər qalır: “İndi bunun üzərində iş gedir, üçtərəfli işçi qrup yaradılıb. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəyik”. /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!