Rusiyanın Ukraynaya təcavüzünün 113-cü günündə ruslar arasında müharibə əleyhinə cəbhə sürətlə güclənir.
Yenisabah.az “Daily Mail”' istinadla xəbər verir ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı çoxlu rus döyüşwr. Bir çox rus əsgəri ölkəsini prezident Putinin iqtidarından qurtarmaq üçün tərəf dəyişməkl məcburiyyətində qaldığını bildirilib.
“Ukraynanın ən yeni qəhrəmanları” kimi qələmə verilən bu şəxslər ölüm cəzası riskini nəzərə alaraq Ukrayna ordusu sıralarına qoşulub. Onlardan biri, 48 yaşlı mühəndis Vladimir Qrotskov ölkəsini sevdiyi üçün rus ordusuna qarşı vuruşduğunu və Putini dünyaın sülh və təhlükəsizliyini təhdid edən xərçəng olaraq gördüyünü bildirib. Marqarita pizza
Rusiya və separatçı qüvvələrlə şiddətli qarşıdurmaların davam etdiyi Donbas bölgəsində vuruşan Qrotskov məqsədinin vətənini diktaturadan xilas etmək olduğunu qeyd edib. Yaxalanacağı təqdirdə “satqın” adlanacağı və edam ediləcəyini deyən mühəndis 11 il əvvəl Rusiyada demokratiya tərəfdarı nümayişlərin alovlanması ilə həqiqəti dərk etməyə başladığını və bu aksiyalarda iştirak etdiyini bildirib.
Qrotskov Ukrayna ordusu sıralarında döyüşən yeganə rusiyalı deyil. Onların arasında Rusiyanın bank nəhəngi “Qazprombank”ın keçmiş vitse-prezidentlərindən biri olmuş İqor Volobuyev, habelə rusiyalı hərbi əsirlər də var.
Ukraynada anadan olan Volobuyev Rusiya vətəndaşı olsa da, işğaldan sonra Ukrayna ordusu sıralarına qoşulan ən məşhur simadır.
O, Ukraynaya qaçdıqdan sonra verdiyi açıqlamada çağırışı edib: “Rus kişiləri, əgər Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad olmasını istəyirsinizsə, bizə qoşulun”.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, rusiyalı dissidentlərdən ibarət “Rusiyanın azadlığı legionu”nun 100-dən çox üzvü var.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız