Putinin “Crocus”dakı terror aktını eşitdikdən sonra ilk reaksiyası - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Putinin “Crocus”dakı terror aktını eşitdikdən sonra ilk reaksiyası - VİDEO 

Dünya

24 Mart 2024 16:34 1270


Rusiyalı jurnalist Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktından sonra ilk dəqiqələrdə çəkilmiş videosunu dərc edib. 

Yenisabah.az xəbər verir ki, görüntülər Zarubinin “Telegram” kanalında yayımlanıb. 

Videoda Putinin müxtəlif departament rəhbərlərindən hesabat aldığı göstəririlir. Jurnalistin sözlərinə görə, prezidentə zəng edənlər arasında FTX direktoru Aleksandr Bortnikov, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov, Baş nazirin müavini Tatyana Qolikova, Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko və Moskva vilayətinin qubernatoru Andrey Vorobyev olub. pizza mizza

“Putin bu görüntülərə əsasən, istintaqın hər bir mərhələsini izləyir”, – Zarubin  videoda qeyd edib./Konkret.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!