Putinin qalib gəlməsinə imkan verə bilmərik! - Bayden 

Putinin qalib gəlməsinə imkan verə bilmərik! - Bayden 

Dünya Veb saytların hazırlanması

07 Dekabr 2023 10:23 588


ABŞ prezidenit Co Bayden Konqresdəki respublikaçılara Ukraynaya yeni hərbi yardım üçün müraciət edib. O, respublikaçılara xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi Moskvaya NATO müttəfiqlərinə hücum etməyə imkan verəcək. 

Yenisabah.az xəbər verir ki, “Amerikanın səsi”nin məlumatına görə, Bayden bildirib ki, Vaşinqton bu günlərdə Kiyevə 175 milyon dollarlıq əlavə hərbi yardım elan etməyi planlaşdırır. 

"Putin Ukraynanı ələ keçirsə, bununla da dayanmayacaq" deyən Bayden, Putinin NATO müttəfiqinə hücum edə biləcəyini və sonra "Amerika qoşunlarının Rusiya qoşunları ilə döyüşə girəcəyini" vurğulayıb. 

"Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik", - Bayden deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!