Putinin sözçüsü:“Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır”

saytların hazırlanması

Evə çatdırılma

Putinin sözçüsü:“Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır”

Siyasət

13 Oktyabr 2023 17:40 380


Rusiya İrəvanla təmasları dayandırmır, dialoq davam edəcək, Ermənistan Rusiya Federasiyasının müttəfiqi olaraq qalır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Nikol Paşinyanın Qırğızıstanda keçirilən MDB sammitində iştirak etməməsini şərh edib: Pepperoni pizza

“Onun (Paşinyan - red.) öz səbəbləri var və biz buna hörmət edirik. Bu o demək deyil ki, əlaqələrimizi dayandırırıq. Dialoqumuzu davam etdiririk, Ermənistan müttəfiqimiz, qonşumuz, bizi ortaq tarix və ümumi gələcəklə birləşdirən ölkə olub və olacaq. Təkcə ona görə ki, Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır. Bu, hamının yadda saxlaması vacibdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!