Rusiya prezidenti Vladimir Putin bu həftə “Rusiyanın yeni regionlarından” birinə səfər edəcək.
Yenisabah.az “Rossiya”ya istinadla xəbər verir ki, dövlət başçısının hansı bölgəyə gedəcəyi barədə ətraflı məlumat verməyib.
Xatırladaq ki, ötən il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya Ukraynanın 20%-dən çox ərazisini işğal edib. Bununla yanaşı, Rusiya keçən ilin sentyabrında Ukraynanın 4 vilayətini – Zaporojye, Donetsk, Luqansk və Xersonu özünə ilhaq edib.
Telegram kanalımız