"Rusiya prezidenti Vladimir Putinin həftəsonu ürəyində problem olması xəbəri doğru deyil".
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Onun vəziyyəti yaxşıdır, deyilənlər növbəti söz-söhbətdir", - deyə Peskov bildirib. Dördpendirli pizza
Qeyd edək ki, bir sıra Telegram kanallarında Rusiya prezidentinin səhhətində yaranan problemlər barədə məlumat yayılmışdı. Onun ürəyinin dayandığı və həkimlərin müdaxiləsindən sonra özünə gəldiyi yayılan xəbərlər arasında idi.
Telegram kanalımız