Sumqayıtda yerləşən ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7 320 manat oğurlayan əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməli törədən, əvvəllər məhkum olunmuş şəxslər - Əvəz Cəfərov və Sürəyya Balayeva eyni zamanda evlərin birindən 1200 manat dəyərində təmir alətləri, inşaat materialları da oğurlayıblar.
Bununla yanaşı Sumqayıt şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub. Əməliyyat tədbirləri nəticəsində 38 yaşlı Abbas Həsənov saxlanılıb. Dominos pizza
Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam aparılır.
Telegram kanalımız