“Qadınlar daha geniş miqyasda silahlı qüvvələrə döyüş bölmələrində xidmətə cəlb olunmalıdırlar”.
“Yeni sabah” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə təqdim etdiyi beşillik proqramı təqdim edərkən deyib. O, bunun proqram üzrə nəzərdə tutulan ordu islahatları ilə bağlı olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, bunu Ermənistanın demoqrafik vəziyyəti tələb edir, çünki, statistikaya əsasən, qadınlar ölkə əhalisinin böyük hissəsini təşkil edir: “Bu, o demək deyil ki, orduda kişi olduğu qədər də qadın olmalıdır. Sözüm mövcud potensialın mümkün qədər səmərəli istifadə edilməsindəndir və bu potensial hələ aşkar edilməlidir”. pizza sifarişi
Telegram kanalımız