Qadınları hədələyən “vəkil” tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qadınları hədələyən “vəkil” tutuldu

Kriminal

01 İyun 2024 09:31 708


Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil "Adil Həsənov" kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib.

Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub. Sezar pizza

S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!