Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.
Şossedən keçən sürücülərdən biri yol kənarına bıçaqlanaraq atılan şəxsi aşkarlayıb və onu dərhal Sabunçu Tibb Mərkəzinə çatdırıb. Dördpendirli pizza
Bıçaqlanan 1981-ci il təvəllüdlü Abuzərov Qurban Adil oğludur. O naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb daha sonra bıçaqlanaraq yol kənarına atılıb.
Yaralının vəziyyəti ağır olaraq qalır.
Hazırda hadisəni Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Telegram kanalımız