Qanunsuz balıq ovlayan 10 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan 10 nəfər tutuldu

Sosial

15 Avqust 2024 16:53 687


Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Bildirilib ki, həyata keçirilən tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.  pizza

Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb. 

Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!