Qar yolları iflic etdi, avtomobillər yolda qaldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qar yolları iflic etdi, avtomobillər yolda qaldı - Fotolar

Sosial

14 Yanvar 2024 11:19 733


Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb.

Əsasən yük avtomobillərinin hərəkəti çətinləşib. Yolda qalan avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb. Sezar pizza

Əraziyə yol istismarı işçiləri və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yolda nəqliyyatın hərəkəti məhdud şəkildə davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!