Qarabağ erməniləri ilə üçüncü görüş bitdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri ilə üçüncü görüş bitdi

Siyasət

29 Sentyabr 2023 16:55 663


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.

Yenisabah.az xəbər verir ki, , Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə bundan öncə sentyabrın 21-də Yevlaxda, 25-də isə Xocalıda görüş keçirilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!