Qarabağ Universitetində yeni TƏYİNAT 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetində yeni TƏYİNAT 

Sosial

01 Avqust 2024 15:52 667


ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasındakı ikili diplom proqramının məzunu Abdulxaliq Məmmədli Qarabağ Universitetinin Mükəmməllik mərkəzinə direktor təyin olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib. 

Abdulxaliq Məmmədli İstanbul Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura səviyyələrində təhsil alıb. Sonra ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU arasındakı ikili diplom proqramında təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikinci dəfə magistratura təhsili alıb. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil İnstitutunda təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantura səviyyəsini bitirib.  pizza hut

Abdulxaliq Məmmədli 2012–2017-ci illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) müəllim, Test mərkəzinin rəhbəri və ingilis dili üzrə metodbirləşmə rəhbəri vəzifələrində çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!