Qarabağ Universitetinin qəbul planı dolub - Nazir 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinin qəbul planı dolub - Nazir 

Sosial

23 Avqust 2024 08:54 243


2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X” sosial şəbəkəsində yazıb. 

“Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - nazir qeyd edib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!