“Qarabağ”a görə metronun iş rejimi dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”a görə metronun iş rejimi dəyişdirildi

Sosial

05 Mart 2024 14:53 360


“Qarabağ” Bakıda "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni”nə iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!