“Qarabağda kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil” - Paşinyan

“Qarabağda kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil” - Paşinyan

Siyasət Veb saytların hazırlanması

21 Sentyabr 2023 18:39 373


“Qarabağda atəşkəsə ümumilikdə əməl olunur”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, bəzi rayonlarda rabitədə çətinliklər və yollarda müəyyən problemlər olsa da, ümumilikdə vəziyyət stabildir.

“Sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlıları Qarabağda qalmaqda davam edir və onların bilavasitə vəzifəsi Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməkdir”, - deyə Paşinyan bəyan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!