Qarabağda quzuya dönən Şahramanyan İrəvanda “kükrədi”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda quzuya dönən Şahramanyan İrəvanda “kükrədi”

Siyasət

06 Oktyabr 2023 12:30 21329


Özünü buraxmış qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan Qarabağdan Ermənistana köçdükdən sonra dünən axşam saatlarında tanınmayan “DQR”in Ermənistandakı nümayəndəliyində geniş məsləhətləşmələr keçirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb. 

Qəzet bildirib ki, məsləhətləşmənin gündəliyində separatçı rejim “rəhbər”i tərəfindən bir sıra mühüm mövzular müzakirə edilib. Xankəndidə olarkən quzuya dönən, öz nümayəndələrini Yevlaxa azərbaycanlılarla görüşə göndərən separatçı lider İrəvanda "kükrəyib". O, qondarma respublika uğrunda mübarizəni davam etdirəcəklərini deyib:  Dördpendirli pizza

“Samvel Şahramanyan “Artsax”ın və ümumiyyətlə, siyasi elitanın qarşısında duran prioritet məsələləri təqdim edib. Bu, ilk növbədə, Bakıdakı “Artsax” “liderlər”inin qaytarılması istiqamətində atılacaq addımlardır. “Prezident” bu məqsəd üçün istənilən platformadan və vasitədən istifadə etməyi tapşırıb”. 

KİV yazır ki, məsləhətləşmələrin ikinci hissəsi isə Qarabağdan Ermənistana köçən yerli ermənilərin sosial problemlərinin həlli və onların işlə təmin olunması məsələsi olub. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!