“Qarabağın mülkiyyət məsələsi həllini tapıb”.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, sülh müqaviləsinə doğru irəliləyiş təmin olunub.
“İndi çətin ki, kimsə (sülh müqaviləsinin imzalanmasının) vaxtını göstərməyi öhdəsinə götürsün. Amma Qarabağın mülkiyyətilə bağlı əsas məsələnin Ermənistanın bu mülkiyyətin kimə məxsusluğunu tanıması qərarı ilə həll olunduğunu nəzərə alsaq, nizamlanma prosesində mühüm irəliləyişlər təmin olunub”, - D.Peskov bildirib.
Telegram kanalımız