"Muxtar Qarabağ heç vaxt reallaşmayacaq təhlükəli mifdir".
Bakupost.az xəbər veir ki, bunu Türkiyədə yaşayan erməni bloger, sülh tərəfdarı olan siyasi fəal İşxan Verdyan öz Teleqram kanalında yazıb.
O, qeyd edib ki, Nikol Paşinyan Qarabağı "Dağlıq Qarabağ" adlandırmaqda davam edir, lakin bu adda ərazi vahidi artıq mövcud deyil: Dördpendirli pizza
"Azərbaycanın reyestrində bu ərazi rəsmi inzibati sərhədləri olan iki rayona - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına bölünüb. Qarabağa muxtariyyət tələb etmək Azərbaycanın daxili inzibati bölgüsünün dəyişdirilməsini nəzərdə tutur ki, bu da mümkün deyil.
Muxtar Qarabağ heç vaxt reallaşmayacaq təhlükəli mifdir. Ediləcək yeganə şey yerində qalan ermənilərin rifahını təşkil etməkdir. Ermənistan Azərbaycanın daxili rayonlarının sərhədlərini dəyişdirmək və ya onun rayonlarından birinin muxtar inzibati-ərazi vahidinə çevrilməsindənsə, Qarabağdakı ermənilərin rifahı barədə düşünməlidir".
Telegram kanalımız