“Qarabağın statusu indi həll oluna bilməz” – Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağın statusu indi həll oluna bilməz” – Lavrov

Siyasət

09 İyun 2021 13:02 1095


“Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, lakin indi bu məsələyə deyil, dinc həyatın qaytarılmasına diqqət yetirilməlidir”. Sezar pizza

"Primakov oxunuşları" forumunda iştirak edən nazir deyib: “Başa düşürəm ki, indi bir çox insan Dağlıq Qarabağın statusunun həll olunmamış qaldığını söyləyir. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə bütünlüklə razılaşdırılmalıdır. Lakin hazırkı mərhələdə, ehtimal ki, status problemi qaldırılmamalı, əksinə, etimad tədbirlərinin gücləndirilməsinə, humanitar məsələlərin həllinə öz töhfələrini verməlidirlər ki, ermənilər və azərbaycanlılar yenidən təhlükəsizlik və iqtisadi rifah içində birlikdə yaşamağa başlasınlar. Sonra sizi inandırıram ki, üç ilə, altı ilə belə bir həyatı qursaq, statusa dair bütün problemlər daha asan həll ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!